logo

Bu axşamdan hava kəskin dəyişəcək

09:33 22-02-2021 | icon 1568
Bu axşamdan hava kəskin dəyişəcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Xidmətdən YeniAvropa-ya bildiriblər ki, şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20, arabir 23-28 metr olacaq, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 metrədək güclənəcək.

Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8° enəcəyi, 0-3° şaxta olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 23-ü axşam şimal və şərq rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı proqnozlaşdırılır. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir 18-23 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 28-32 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək. Yolların buz bağlayacağı ehtimal olunur.