250 manat alan minimum pensiya üçün 40 il işləməlidir?-Ekspert şərhi
"Azərbaycanda median əmək haqqı 343 manatdır. Bu o deməkdir ki, hazırda işləyən 1 milyon 691 min 800 nəfərin yarısının - 845 min 900 nəfərinin maaşı 343 manat və ondan aşağıdır. Bu yalnız yaşam şərtlərinin çətinləşdiyi indiki şəraitdə dolanışığı pisləşdirmir. Həm də gələcəkdə pensiya təminatında problem yaradır.
Mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün kişilərin 65, qadınların isə 62 yaşında ya 25 il sığorta stajı, ya da 28.800 manat minimum pensiya kapitalı olmalıdır. Bunladan heç birini ödəyə bilməyənlərə pensiya yaşı çatanda 130 manat qocalıq müavinəti verilir.Əgər sizlərdən kimsə işsizdirsə və iş axtara axtara qocalırsa o pensiya ala bilməyəcək".
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu "Facebook" hesabında status paylaşıb.
İqtisadçı qeyd edir ki, əgər sizlərdən kimsə günəmuzd işləyirsə, rəsmi olaraq maaş almırsa o da pensiya ala bilməyəcək.
" Əgər sizlərdən kimsə əmək müqaviləsiz çalışırsa, o da pensiya ala bilməyəcək.
Qanuna görə, 25 il iş stajı olub, tələb olunan 28.800 manat pensiya kapitalını yığa bilməyənlər minimum məbləğdə pensiya alacaqlar. Odur ki, hər kəsin aşağı maaşla ən azı 25 il işləməsi gərəkdir",-deyən Qubad İbadoğlu daha sonra sözlərinə əlavə edir: "Əgər sizlərdən kimsə işləyirsə ayda, 250 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 38,4 il çalışması gərəkdir. Əgər sizlərdən kimsə işləyirsə, ayda 300 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 32 il çalışması gərəkdir. Əgər sizlərdən kimsə işləyirsə, ayda 350 manat maaş alırsa onun mimum pensiya kapitalını yığması üçün fasiləsiz olaraq 27,4 il çalışması gərəkdir".
İqtisadçı qeyd edir ki, bu hesablamar, minimum pensiya məbləği 200 manat olduğu halda keçərlidir. Əgər minimum pensiya məbləği 250 manat olarsa, onda minimum pensiya kapitalı 36 000 manata, əgər mimimum pensiya məbləği 300 manata qədər artırlarsa, onda minimum pensiya kapitalı 43200 manata qalxacaq. "Hazırda 28800 manat minimum pensiya kapitalını yığa bilməyənlər pensiyaya çıxa bilmirsə, onda 36 min manatı və ya 43200 manatı necə toplayacaqlar? Görün, kasıb əhali üçün necə tələ qurulub?! Bir tərəfdən istəyirik ki, minimum pensiya qalxsın ki, təqaüdçülərin yaşayışı yaxşılaşsın, digər tərəfdən də minimum pensiyanın artması başqalarının pensiyaya çıxmasını daha əlçatmaz edir".
Qubad İbadoğlu qeyd edir ki, hesablamalar göstərir ki, işsizlik və aşağı əmək haqqı səbəbindən Azərbaycanda potensial olaraq 2,5 milyon nəfər - əmək qabliyyətli əhalinin yarısı - hazırkı şərtlərlə və göstəricilərlərlə hətta 65 yaşına çatsa da belə, onlara pensiya deyil, qocalıq müavinəti veriləcək.
Hazırda əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək qabiliyyəti olmayan şəxslər işləmədikdə yaşa görə 130 manat sosial müavinət (qocalıq müavinəti) almaq hüququ vardır",-deyə iqtisadçı qeyd edir.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb