logo

Sabiq spiker Oqtay Əsədovun Qəçrəşdə 4-cü villası üzə çıxdı...

12:52 21-02-2021 | icon 350
Sabiq spiker Oqtay Əsədovun Qəçrəşdə 4-cü villası üzə çıxdı...

Sosial şəbəkədə Azərbaycanın sabiq spikeri Oqtay Əsədovun daha bir villası barədə məlumatlar yayılıb.

YeniAvropa xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli "Facebook" hesabında status paylaşıb. 

"Bu dəfə sizə keçmiş spikerin Qubada, Qəçrəş yolunun üstündəki daha bir villasını tanıtmaq istəyirəm. Peykdən dəbdəbəli görünməsə, də bura Oqtay Əsədovun istirahət üçün sevdiyi məkandır. 

Düzdür, Şüvəlan, Novxanı və Sulutəpədəki villalarından fərqli olaraq, Qubadakı mülkün hovuzu, tennis kortu yoxdur, amma unikal panoraması, qarşısında 1 hektar özəl meşəliyi, meşənin içi ilə Qudyal çayına birbaşa çıxışı var.

Oqtay Əsədov bu villanı vaxtilə Qubanın su təchizatı üçün ayrılmış puldan çırpışdırıb tikib.
Elə bu gün də Qubadakı 5 hektardan artıq alma bağlarını da suvarmaq üçün sudan oğurlayır, yəni pulsuz istifadə edir.
Məclis-i Məbusanın və "Azərsu"yun keçmiş rəhbərinin pulsuz suvarılan daha bir böyük bağı Maştağa - Buzovna yolunun üstündədir.
Bura 4 hektarlıq badam bağıdır. Vaxtilə badam sovxozu olub, qanunsuz ələ keçirib. Orda parnik də saldırıbmış, parnik tikən ustaları MTN-lə hədələyərək pullarını verməkdən belə imtina edib",-deyə Cavanşir Həsənli qeyd edib.   
Oqtay Əsədovun daha bir villası üzə çıxdı – Meşədə, cəngəllikdə...
Oqtay Əsədovun daha bir villası üzə çıxdı – Meşədə, cəngəllikdə...