Kiçik çillə yerini Boz aya verdi
Xalq təqviminə görə, iyirmi gün çəkən Kiçik çillə fevralın 21-də öz yerini Boz aya (21 fevral – 21 mart) təhvil verib.
YeniAvropa xəbər verir ki, fevralın 23-də Baharın müjdəçisi olan Su Çərşənbəsi qeyd ediləcək.
Xatırladaq ki, qış fəsli dekabrın 21-də başlayıb.
Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə ,Kiçik çillə və Boz ay.
Bu təqvimə əsasən Böyük Çillə 40 gün-dekabrın 21-dən yanvarın 31-dək davam edir. Sonra Kiçik çillə başlayır və 20 gün-yanvarın 31-dən fevralın 21-dək davam edir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün-fevralın 21-dən martın 21-dək Boz ay adlanır.
Müşahidələrə görə, adətən Böyük çillədən fərqli olaraq, Kişik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır. Ona görə də Kiçik Çilləyə “qışın oğlan çağı” da deyirlər.
Amma Kiçik Çillənin bitməsi şaxtalı havaların bitməsi demək deyil. Boz ay da kifayət qədər sərtliyini hiss etdirə bilir.
Boz ay dövründə iqlim təzadlı keçsə də, əkinçilikdə bəzi işlərin görülməsinə başlanılır. Elə baharın müjdəçisi hesab olunan novruzgülü də adətən Kiçik çillənin sonu, Boz ayın əvvəlində açır. Etnoqraflar deyirlər ki, novruzgülü Boz ay girməmiş heç vaxt açmır.
Qeyd edək ki, bu il Azərbaycanda yaz fəsli martın 20-də yerli vaxtla saat 13:37-yə başlayacaq.
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il fevralın 23-də ilk - Su çərşənbəsi, martın 2-də Od, martın 9-da Hava (Yel), martın 16-da isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
Nazirlər Kabinetinin "2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.
Bu il 20-21 mart həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, martın 25-i və 26-ı da qeyri-iş günü olacaq. Eyni zamanda 27 və 28 mart da həftənin şənbə və bazar günlərinə təsadüf edir.
Beləliklə, Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart) iş olmayacaq.
ABŞ-ın Yerevandakı səfirliyi siyasi düşərgələrə çağırış etdi
Avropa İttifaqı Ermənistandakı hadisələri yaxından izləyir
İlham Əliyev "Signify" şirkətinin icraçı direktorunu qəbul edib
Paşinyan Putinə zəng etdi
Bakıda Azərbaycan-İsrail əməkdaşlığı müzakirə edilib
“Neftçi“nin uduzması "Qarabağ”ı lider etdi
"AZAL" Bakıdan Kiyevə xüsusi reyslərə başlayır
Sabah Bakıda 7 avtobusun yolu müvəqqəti dəyişdirəcək
MEDİA-da idman mətbuatına dəstək mövzusunda görüş keçirilib
Bakıda Azərbaycan- Pakistan hərbi əməkdaşlığı müzakirə edilib
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək
Paşinyan Yerevandakı mitinqdə rəqiblərini həbslərlə hədələdi
Azərbaycanda daha 126 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü
Oksigenlə zəngin hava şəraiti gözlənilir
İlham Əliyev revanşist fikirlərlə yaşayanlara yumruğunu göstərdi
Baş Qərargah növbəti dəfə Paşinyandan istefa tələb etdi
Lavrov təcili Ayvazyan zəng etdi: Yerevandakı hadisələri müzakirə eidi
Ağcabədi sakinindən 10 kq-dan çox marixuana götürülüb
İlham Əliyev “Dostluq” yatağına dair Anlaşma Memorandumunu təsdiqləyib
Çavuşoğlu:"Ermənistanda çevrilişə cəhdi qətiyyətlə pisləyirik”
Ceyhun Bayramov Pakistan nümayəndə heyətini qəbul edib
Lənkəran polisinin axtardığı dələduz qadın 6 il sonra Tovuzda tapıldı
Sabah Bakıda 7° isti olacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Peskov: "Rusiya baş verənləri Ermənistanın daxili işi hesab edir"