logo

Ucarda "Mercedes" aşdı: 3 nəfər öldü, 2 nəfər xəsarət aldı

21:45 20-02-2021 | icon 2933
Ucarda "Mercedes" aşdı: 3 nəfər öldü, 2 nəfər xəsarət aldı
Ucarda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
 
YeniAvropa xəbər verir ki, hadisə saat 20 radələrində Bakı-Qazax magistral yolunun Ucar rayonunun Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə 3 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.
 
Hələlik ölən və xəsarət alanların adları məlum deyil. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.