Sabah Bakıda arabir yağış yağacaq, 7° isti olacaq
Azərbaycanda fevralın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3°, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 773 millimetr civə sütunundan 776 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Fevralın 21-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 6-11°, gündüz 2-5° şaxta olacağı ehtimal edilir. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 0-3° şaxta olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 2-5° şaxta olacağı proqnozlaşdırılır. Gecə və səhər yollar buz bağlayacaq.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4° şaxta, gündüz 3-6° isti olacağı bildirilir. Gecə və səhər yollar buz bağlayacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 0-3° şaxta, dağlarda gecə 10-15°, gündüz 3-8° şaxta olacağı ehtimal edilir. Gecə və səhər yollar buz bağlayacaq.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək, gündüz 5-8 isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-7° isti, dağlarda gecə 4-6° şaxta, gündüz 0-2° isti olacağı gözlənilir.
İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
20 minədək bakalavr magistratura səviyyəsinə qəbul imtahanı verib
MN Xocavənd rayonunun Çiraquz kəndinin videogörüntülərini yayıb
Azay Quliyev: "Milli Məclisin sədrinə və üzvlərinə qarşı saytlarda və sosial şəbəkələrdə çirkin kampaniya aparılır" - Video
Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür
Azərbaycanda daha 270 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü
İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb ?
Müdafiə Nazirliyindən Səhman Musayevin ölümü ilə bağlı açıqlama
Ağdam rayonunun Eyvazxanbəyli kəndinin videogörüntüləri yayıldı
Sabah Bakıda yağış yağacaq, 8° isti olacaq
Daha bir hərbi qulluqçumuz minaya düşüb şəhid oldu
Azərbaycanda koronavirusa ilk yoluxmadan 1 il ötür
Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov da həbs edilir?
Tanınmış həkimin ailəsində faciə - Tələbə qızı vəfat etdi
Bu gün magistraturaya qəbul imtahanı keçirilir
Qənirə Paşayeva Vətən müharibəsində 2 oğlu şəhid olmuş ana ilə görüşüb
Azərbaycanda daha bir məktəb koronavirus səbəbi ilə bağlandı
2 ermənini məğlub edən Turan Bayramov bürünc medal qazandı
Yeni nazir “Azərpoçt”un rəhbərinni də işdən çıxardı
Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
Türkiyədə daha 71 nəfər koronavirusdan dünyasını dəyişib
Paşinyan ikinci dəfə baş qərargah rəisi Onik Qasparyanı istefaya göndərdi
Azərbaycan Ermənistana hərbçilərini Qarabağda yerləşdirməsi ilə bağlı xəbərdarlıq etdi
Paytaxt sakininin mənzildə meyiti aşkarlandı
"Azərlotereya"nın idarəetməyə verilməsinə dair müqavilə imzalanıb