logo

Yani nazir daha bir idarə rəhbərini işdən çıxardı

15:59 19-02-2021 | icon 1708
Yani nazir daha bir idarə rəhbərini işdən çıxardı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin direktoru Elman Hüseynov vəzifəsindən azad edilib.

YeniAvropa xəbər verir ki,  şirkətə rəhbərlik Ənvər Yusifova həvalə olunub.

Qeyd edək ki, "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 41 600 manatdır. Şirkət dövlətə məxsus rabitə müəssisələrinin mühafizəsini həyata keçirir.

Xatırladaq ki,prezident İlham Əliyev yanvarın 26-da Rəşad  Nəbiyevin  nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edib.  Yeni nazir ötən bir ay ərzində NRYTN-nin strukturuna daxil olan  bir sıra rəhbər vəzifəli şəxsləri yeniləri ilə əvəzləyib.