logo

Paytaxtda Kürdəmir sakinindən 5 kq marixuana götürüldü

15:05 19-02-2021 | icon 2268
Paytaxtda Kürdəmir sakinindən 5 kq marixuana götürüldü

Xətai rayonunda keçmiş məhkumdan 5 kiloqramdan çox marixuana götürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş S.Bağırov Xətai rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Axtarış zamanı ondan 5 kiloqram 175 qram marixuana götürülüb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.