logo

Qazaxıstan 90 ölkə ilə vizasız rejimin tətbiqinə başlayır

14:29 19-02-2021 | icon 2002
Qazaxıstan 90 ölkə ilə vizasız rejimin tətbiqinə başlayır

Qazaxıstanda turizmin inkişafı üçün Mədəniyyət və İdman Nazirliyi “E-Qonaq” sisteminin pilot tətbiqini başa çatdırıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bundan sonra 90 ölkənin vətəndaşları Qazaxıstana vizasız giriş imkanı əldə edəcəklər.

Mədəniyyət və idman nazirinin müavini Qabidulla Abdrəhimov bildirib ki, 2020-ci ildə Qazaxıstanı vizasız ziyarət edə biləcək ölkələrin siyahısı 74 idi, bu il isə 90-a çatdırılacaq.

Bundan əlavə, 105 dövlətdən Qazaxıstana gələn turistlər elektron viza ala biləcəklər.