logo

"AZAL"  Bakı-Dubay aviareyslərini bərpa edir

13:57 19-02-2021 | icon 2310
"AZAL"  Bakı-Dubay aviareyslərini bərpa edir

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Bakı-Dubay-Bakı marşrutu üzrə reyslərə bilet satışının başlayır.

YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"dan bildirilib.Qeyd edilib ki, uçuşlar martın 1-dən etibarən həftədə iki dəfə - birinci və beşinci günlər yerinə yetiriləcək.

Epidemioloji şərait qənaətbəxş olduğu təqdirdə martın 19-dan 29-dək olan dövrdə həmin marşrut üzrə uçuşlar hər gün həyata keçiriləcək. Qeyd edilən reyslərə aviabiletləri aviaşirkətin rəsmi “www.azal.az” saytı vasitəsilə almaq mümkündür.

Bakı-Dubay istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

- vizası olmayan və ya vizasının qüvvədə olma müddəti bitən sərnişinlər Birləşmiş Ərəb Əmirliklərinə əvvəlcədən viza rəsmiləşdirməlidirlər. Pandemiya dövründə ölkəyə giriş qaydaları aviaşirkətin saytında qeyd edilib: “https://www.azal.az/az/information/covid-dubai

- Dubaya gəlməzdən əvvəl "COVID-19 DXB Smart App" tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər

- koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar (çap olunmuş formada və ingilis dilində).

COVID-19 testini vermək üçün Azərbaycandakı klinikaların siyahısı aviaşirkətin saytında dərc edilib: “https://www.azal.az/az/information/covid-clinics

Dubay-Bakı istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

- Azərbaycana giriş hüququnu yoxlamalıdırlar. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı burada qeyd edilib: “https://www.azal.az/az/information/covid-azerbaijan”

- koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar. Testin nəticəsinin həqiqiliyi uçuşun başlandığı hava limanında qeydiyyat masasında ALHOSN UAE mobil tətbiqi vasitəsilə (bu tətbiq “AppStore”, “Google Play”, “GalaxyStore” və “AppGallery”də mövcuddur) xüsusi QR-kodla, yaxud həkimin imzası və möhürü, həmçinin QR-kodun əks olunduğu arayışı təqdim etməklə yoxlanılacaq. Dubayda koronavirus infeksiyasına analiz vermək üçün tövsiyə olunan laboratoriyaların siyahısı ilə həmçinin burada tanış olmaq mümkündür: “https://www.azal.az/az/information/covid-dubai

Hər iki istiqamətdə uçan sərnişinlərin nəzərinə:

- testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmaq lazımdır

- pandemiya dövründə AZAL aviaşirkətinin tətbiq etdiyi xüsusi daşıma qaydaları ilə tanış olmaq lazımdır: https://youtu.be/-s-0s4o1L2M