logo

Bu gün 3 min 270 namizəd məktəb direktoru olmaq iüçün imtahan verir

10:08 19-02-2021 | icon 2933
Bu gün 3 min 270 namizəd məktəb direktoru olmaq iüçün imtahan verir

Bu gün direktorların işə qəbulu üzrə ilk onlayn sınaq imtahanı keçiriləcək. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən şəxslər iştirak edə bilərlər.

YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.Qeyd edilib ki, namizədlər fevralın 19-u saat 15:00-dan 18:00-dək bu linkə daxil olaraq şəxsiyyəti təsdiq edən sənədin fin kodunu və iş nömrəsini daxil etdikdən sonra imtahanda iştirak edə bilərlər. Namizədlər, həmçinin şəxsi kabinetlərində aktivləşdiriləcək “Sınaq imtahanında iştirak et” xanasına daxil olaraq imtahana qatıla bilərlər.

Test imtahanı mərhələsində olduğu kimi, onlayn sınaq imtahanında da namizədlərə 90 dəqiqə ərzində əmək və təhsil qanunvericiliyi üzrə 40, məntiq üzrə 20 test tapşırığı təqdim olunacaq. Hər namizəd sınaq imtahanında 1 dəfə iştirak etmək hüququna malikdir.

Müsabiqədə iştirak etmək üçün 4 min 992 namizəd elektron qeydiyyatdan keçib. Onlardan 3 min 270 namizəd test imtahanı mərhələsində iştirak hüququ qazanıb.

Xatırladaq ki, müsabiqə dörd mərhələdən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) ibarətdir. Yaxın günlərdə test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə məlumat veriləcək. Test imtahanı mərhələsində namizədlərə əmək, təhsil qanunvericiliyi və məntiq üzrə 60 test tapşırığı təqdim olunacaq. Test imtahanı zamanı toplanılan bal yalnız müsahibə mərhələsində iştirak üçün keçərlidir. Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən edilir.