Paytaxtda orta məktəb karantinə bağlandı
Paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən 82 nömrəli tam orta məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd edilib ki, 82 nömrəli tam orta məktəbin 1 nəfər I sinif şagirdinin, 1 nəfər ibtidai sinif və 1 nəfər ingilis dili müəllimlərinin "COVID-19" üçün verdikləri test pozitiv çıxıb.
Bu səbəbdən Bakı şəhəri Nərimanon rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.
"Bununla əlaqədar məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb".
Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar.
Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir.
"İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaq", - deyə Təhsil İdarəsindən bildirilib.
Kürdəmirdə “Mercedes” "KAMAZ"a çırpıldı:1 ailənin 6 üzvü xəsarət aldı
İsrailli həkim Vətən müharibəsi qazimizə göz bəbəyi köçürdü
Ağdamda suvarma idarəsinin rəisi minaya düşdü-sağ ayağını itirdi
Spiker Sahibə Qafarova Venesuelanın Azərbaycandakı səfiri ilə görüşüb
İlham Əliyev Pakistanın baş qərargah rəisini videoformatda qəbul edib
Kürdəxanı sakinindən 2 kq-dək narkotik maddə götürülüb
Hindistan prezidenti COVID-19-a qarşı peyvənd olunub
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
Füzulidə hərbi texnikalar və silah-sursat aşkar edilib
Azərbaycanda daha 319 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü
Azərbaycanın 27 şirkətinə Rusiyaya alma və pomidor idxalına icazə verildi
Paytaxtda "Jiquli" ilə marketdən “E-manat” ödəmə terminalını oğurladılar
Nikol Paşinyan bu dəfə baş qərargah rəisi Onik Qasparyanı həbs etdirəcək
Milli Məclisin martın 9-da keçiriləcək iclasının gündəliyi bəlli oldu
Yaponiya hökuməti Azərbaycana 235 min dollarlıq qrant yardımı edib
Sabah Bakıda 10° isti olacaq
Tarixçi alim Dilavər Əzimli koronavirusdan vəfat etdi
Zəngilan rayonunun Beşdəli kəndindən videogörüntülər yayıldı
Şəmkirdə 120 nəfərlik toy yarımçıq qaldı-iştirakçılar 200 manat cərimələndi
İşğaldan azad olunmuş ərazilərə keçərkən saxlanıldılar
Ziya Məmmədovun Ucardakı obyektləri açıqlandı–Ticarət mərkəzi, mağazalar, fermalar...
Sabah Əfv Komissiyasının növbəti iclası olacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Azərbaycan nefti 64,25 dollara satılır
Bəs, Hacıbala Abutalıbov?Onun digər korrupsionerlərdən nəyi əskikdir?...