Putin Ərdoğana zəng etdi
Fevralın 18-də Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
YeniAvropa xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, söhbət zamanı hər iki tərəf müxtəlif sahələrdə Rusiya-Türkiyə qarşılıqlı faydalı əlaqələrini daha da genişləndirmək əzmində olduğunu vurğulayıb. Energetika sahəsində birgə iri layihələrin həyata keçməsi prioritetlər sırasındadır. Koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən Rusiya vaksinlərinin Türkiyəyə tədarükünün və istehsalının təşkilinin mümkünlüyü müzakirə edilib.
Kremlin mətbuat xidmətinin məlumatında deyilir: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında müəyyən edilən razılaşmaların icrası kontekstində Dağlıq Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi davam etdirilib. Bu halda regionun sosial-iqtisadi inkişafı maraqları çərçivəsində Rusiya və Türkiyənin fəaliyyətinin əlaqələndirilməsi nəzərdə tutulur. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin işə başlaması ilə bağlı məmnunluq ifadə olunub”.
Tərəflər Suriya münaqişəsinin nizamlanması mövzusuna da toxunublar.
Məlumatda deyilir: “İdlib əyalətində vəziyyətin sabitləşdirilməsi üzrə Rusiya və Türkiyənin səyləri, Suriyada kök salan beynəlxalq terrorçu qruplaşmalarına qarşı güzəştsiz mübarizəyə hər iki tərəfin sadiqliyi təsdiq edilib. Suriyaarası siyasi prosesə, o cümlədən Astana formatı çərçivəsində dəstəyi davam etdirmək niyyəti bildirilib”.
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Liviyada uzunmüddətli normallaşmasının təmin edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının köməyi ilə bu ölkədə keçid dövrünün hakimiyyət orqanlarının formalaşdırılmasının vacibliyini qeyd ediblər.
Rusiya prezidenti bu yaxınlarda İraqda Türkiyə Respublikasının 13 vətəndaşının faciəli ölümü ilə əlaqədar prezident Ərdoğana başsağlığı verib.
Azərbaycanda sabiq daxili işlər naziri həbs edildi
Faktiki hava:Əksər rayonlara qar yağır
Türkiyə-Böyük Britaniya ticarət dövriyyəsi: Hədəf 20 milyard dollardır
Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək
Prezident və xanımı COVİD-19-a yoluxdu
Azərbaycanda daha 195 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü
Ramiz Mehdiyev Leninin hesabına akademik olub
Türkiyədə COVID-19-a qarşı peyvənd olunanların sayı 10 milyonu ötüb
Feminist qadınların Bakının mərkəzindəki aksiyası dağıdıldı
Daha bir şəhidimiz dəfn olundu
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd edənlər saxlanılıb
Ötən il İran polisi 1200 ton narkotik vasitə müsadirə edib
Azərbaycanda müəllimlərin 83 %-i qadınlardır
Spiker Sahibə Qafarova 8 Mart münasibəti ilə qadınları təbrik etdi
MN Zəngilan rayonunun Qaragöz kəndindən videogörüntülərni yaydı
Sabah Bakıda 9° isti olacaq
Azərbaycanın "İnterpol"la axtardığı Arayik Arutyunyan Xocavəndin Qırmızı Bazar kəndində
Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik edib
Bu gün 8 Mart-Beynəlxalq Qadınlar Günüdür
İlham Əliyev "Facebook” hesabından qadınları təbrik etdi
Dünyada koronavirusdan ölənlərin isə 2 milyon 600 minə yaxınlaşır
Bakıda Novruz bayramı yarmarkaları keçiriləcək
Bakıda başına dəmir düşüb ölən qadının kimliyi bəlli oldu
12 cüdoçumuz Daşkənd “Böyük dəbilqə”dən 2 bürünc medalla dönür
Faktiki hava:Xəzərdə dalğanın hündürlüyü 6 m-ə çatdı, bölgələrə isə qar yağır