logo

Davud Məmmədsoy İsrail “Böyük dəbilqə”sinin qızıl medalını qazandı

18:58 18-02-2021 | icon 2093
Davud Məmmədsoy İsrail “Böyük dəbilqə”sinin qızıl medalını qazandı

Təl-Əvivdə start götürən “Böyük dəbilqə” turnirində cüdoçumuz Davud Məmmədsoy qızıl medal qazanıb.

 YeniAvropa xəbər verir ki, kişilər arasında 60 kiloqram çəki dərəcəsində gücünü sınayan cüdoçumuz bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə Gürcüstan təmsilçisi Temur Nozadze ilə mübarizə aparan D.Məmmədsoy onun üzərində inamla qələbə qazanaraq birinci yeri tutub.

Qeyd edək ki, turnirin birinci günündə 7 cüdoçumuz mübarizəyə qoşulub.

Fevralın 20-dək davam edəcək turnirdə 60 ölkədən 400-dən çox idmançı mübarizə aparır. Azərbaycan turnirə 15 idmançı ilə qatılıb.