Paytaxt polisi 48 kq narkotik vasitəni ələ keçirdi
Daxili İşlər Nazirliyinin(DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Bəhruz Sərdarov saxlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Bəhruz Sərdarovun üzərinə baxış zamanı 15 qrama yaxın heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq onun Yasamal rayonundakı evinə baxış keçirilib və oradan 12 kiloqram heroin, 1 kiloqram 645 qram metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni xarici ölkələrdən birinin Bakıda yaşayan vətəndaşından satmaq məqsədilə aldığını bildirib.
Baş İdarə əməkdaşları dərhal “isti izlər”lə həmin şəxsin axtarışlarına başlayıblar. Görülən tədbirlər nəticəsində həmin şəxs də qısa vaxtda saxlanılıb. İstintaq sirri olduğu üçün adı açıqlanmayan həmin şəxsin üzərindən və avtomobilindən 1 kiloqram heroin, 503 qram metamfetamin, onun paytaxt ərazisində yaşadığı mənzildən isə əlavə olaraq 27 kiloqram 500 qram heroin, 4 kiloqram 500 qram metamfetamin, 1 kiloqram tiryək və elektron tərəzi aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik maddələri adı hələ ki istintaqa məlum olmayan tanışının vasitəsilə bir neçə gün öncə Biləsuvar rayonunda əvvəlcədən gizlədilən yerdən satmaq üçün götürdüyünü bildirib.
Beləliklə, Baş İdarənin əməkdaşları tərəfindən keçirilən bu əməliyyat nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik 48 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin yayılmasının qarşısı alınıb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Paytaxtın Nizami rayonunda yanan mənzildə meyit aşkarlanıb
Xaçmaz sakininin evində avtomat və patronlar aşkarlanıb
Qazaxda anasını xadimə kimi işə götürən direkrot həbs edildi
12 cüdoçumuz Daşkənd “Böyük dəbilqə”sinə yollanıb
MN Füzuli rayonunun Qaradağlı kəndinin videogörüntülərini yayıb
Tac-Mahalda bomba həyəcanı
Həftəsonu ardıcıl 3 gün ictimai nəqliyyat işləməyəcək
Azərbaycan nefti 64,75 dollara satılır
DÇ-2022 seçmə mərhələ:Portuqaliya-Azərbaycan matçı İtaliyada keçiriləcək
Dünyada koronavirusdan ölənlərin sayı 2 milyon 545 min nəfərə yaxınlaşır
General Nadim Raza: Azərbaycanın Zəfəri Pakistanda da eyni coşqu ilə qeyd olundu
Əli Həsənov iflic olub, ağzı əyilib...
Bakıda Azərbaycan-Pakistan hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Kürdəmirdə “Mercedes” "KAMAZ"a çırpıldı:1 ailənin 6 üzvü xəsarət aldı
İsrailli həkim Vətən müharibəsi qazimizə göz bəbəyi köçürdü
Ağdamda suvarma idarəsinin rəisi minaya düşdü-sağ ayağını itirdi
Spiker Sahibə Qafarova Venesuelanın Azərbaycandakı səfiri ilə görüşüb
İlham Əliyev Pakistanın baş qərargah rəisini videoformatda qəbul edib
Kürdəxanı sakinindən 2 kq-dək narkotik maddə götürülüb
Hindistan prezidenti COVID-19-a qarşı peyvənd olunub
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
Füzulidə hərbi texnikalar və silah-sursat aşkar edilib
Azərbaycanda daha 319 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü
Azərbaycanın 27 şirkətinə Rusiyaya alma və pomidor idxalına icazə verildi
Paytaxtda "Jiquli" ilə marketdən “E-manat” ödəmə terminalını oğurladılar