Milli Məclis komitələrinin birgə iclası keçirilib
Fevralın 18-də Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya və iqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə onlayn iclası keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov iclası açaraq, gündəliyə bir məsələ - “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.
Sadiq Qurbanov və iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ barədə məlumat veriblər. Diqqətə çatdırılıb ki, təklif olunan dəyişikliklər sahibkarlıq sahələrinə xidmət edən inhisarçı dövlət şirkətlərinin fəaliyyətini tənzimləyəcək, bu sahədə dövlət nəzarətini gücləndirəcək və sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələri aradan qaldıracaq. Qeyd olunub ki, bu günlərdə Milli Məclisdə sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddətinin uzadılması barədə məsələ müzakirə edilib. İndi müzakirə olunan dəyişiklikdə nəzərdə tutulur ki, su, qaz, elektrik sayğaclarına baxılması və onların oxunması prosesi yoxlama hesab edilməsin. Sayğaclara qanunsuz müdaxilə aşkar edildikdə isə onun qarşısının alınması mexanizmi dövlət reyestrindən avtomatik cavab almaqla həyata keçirilərək asanlaşdırılır.
Qanun layihəsi barədə danışan deputatlar Məşhur Məmmədov, Elnur Allahverdiyev, Asim Mollazadə, Aydın Hüseynov, İqbal Məmmədov, Rüfət Quliyev, Nəsib Məhəməliyev su, qaz, elektrik enerjisi satışı sahələrindəki vəziyyətlə bağlı fikirlərini bildiriblər, bu sahələrin idarəetməyə verilməsi, infrastrukturun yenilənməsi, sağlamlaşdırma işinin həyata keçirilməsi barədə qeyd və təkliflərini səsləndiriblər.
İclasda Tahir Mirkişili səsləndirilən fikirlərə münasibət bildirib. Komitə sədri enerji satışı sahəsində dünya təcrübəsi, dünya ölkələrində əhalinin bu xidmətlərlə bağlı borcunu ödəmə üsulları, sahibkarların hüquqlarının qorunması barədə fikirlərini diqqətə çatdırıb. Eyni zamanda, təklif edilən qanun layihəsinin bu sahədə müsbət dəyişikliklərə səbəb olacağını deputatların diqqətinə çatdırıb. Məsələ birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
Sonra iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “İşsizlikdən sığorta haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrini müzakirə edərək Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə ediblər.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri isə “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsini müzakirə ediblər.
Sadiq Qurbanov bildirib ki, bu, bizim uzun illər gözlədiyimiz bir anlaşma idi. 44 günlük müharibədən sonra belə bir sənədin imzalanması Azərbaycanın növbəti uğurudur. Yəqin ki, saziş imzalananda daha geniş formatda təqdimat olacaqdır.
Daha sonra məsələ səsə qoyularaq Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Onlayn iclasda Milli Məclisin deputatları Ziyad Səmədzadə, Ağalar Vəliyev, Əli Məsimli, Sadiq Qurbanov, Əliabbas Salahzadə, Məzahir Əfəndiyev, İltizam Yusifov, Fatma Yıldırım, Mahir Abbaszadə və Naqif Həmzəyev iştirak ediblər.
Azərbaycanın Qarabağda antiterror əməliyyatı aparmaq hüqüqü var -Metyu Brayza
Paytaxtda intihar:Kişi özünü 8-ci mərtəbədən atdı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Paytaxtın Nizami rayonunda yanan mənzildə meyit aşkarlanıb
Xaçmaz sakininin evində avtomat və patronlar aşkarlanıb
Qazaxda anasını xadimə kimi işə götürən direkrot həbs edildi
12 cüdoçumuz Daşkənd “Böyük dəbilqə”sinə yollanıb
MN Füzuli rayonunun Qaradağlı kəndinin videogörüntülərini yayıb
Tac-Mahalda bomba həyəcanı
Həftəsonu ardıcıl 3 gün ictimai nəqliyyat işləməyəcək
Azərbaycan nefti 64,75 dollara satılır
DÇ-2022 seçmə mərhələ:Portuqaliya-Azərbaycan matçı İtaliyada keçiriləcək
Dünyada koronavirusdan ölənlərin sayı 2 milyon 545 min nəfərə yaxınlaşır
General Nadim Raza: Azərbaycanın Zəfəri Pakistanda da eyni coşqu ilə qeyd olundu
Əli Həsənov iflic olub, ağzı əyilib...
Bakıda Azərbaycan-Pakistan hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Kürdəmirdə “Mercedes” "KAMAZ"a çırpıldı:1 ailənin 6 üzvü xəsarət aldı
İsrailli həkim Vətən müharibəsi qazimizə göz bəbəyi köçürdü
Ağdamda suvarma idarəsinin rəisi minaya düşdü-sağ ayağını itirdi
Spiker Sahibə Qafarova Venesuelanın Azərbaycandakı səfiri ilə görüşüb
İlham Əliyev Pakistanın baş qərargah rəisini videoformatda qəbul edib
Kürdəxanı sakinindən 2 kq-dək narkotik maddə götürülüb
Hindistan prezidenti COVID-19-a qarşı peyvənd olunub
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
Füzulidə hərbi texnikalar və silah-sursat aşkar edilib