logo

Sabah direktorların işə qəbulu üzrə onlayn sınaq imtahanı keçiriləcək

14:34 18-02-2021 | icon 2681
Sabah direktorların işə qəbulu üzrə onlayn sınaq imtahanı keçiriləcək

Sabah direktorların işə qəbulu üzrə ilk onlayn sınaq imtahanı keçiriləcək. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən şəxslər iştirak edə bilərlər.

Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, namizədlər fevralın 19-u saat 15:00-dan 18:00-dək www.miq.edu.az/imtahan/login.php linkinə daxil olaraq şəxsiyyəti təsdiq edən sənədin fin kodunu və iş nömrəsini daxil etdikdən sonra imtahanda iştirak edə bilərlər. Namizədlər, həmçinin şəxsi kabinetlərində aktivləşdiriləcək “Sınaq imtahanında iştirak et” xanasına daxil olaraq imtahana qatıla bilərlər.

Müsabiqənin test imtahanı mərhələsində olduğu kimi, onlayn sınaq imtahanında da namizədlərə 90 dəqiqə ərzində əmək və təhsil qanunvericiliyi üzrə 40, məntiq üzrə 20 test tapşırığı təqdim olunacaq. Hər namizəd sınaq imtahanında 1 dəfə iştirak etmək hüququna malikdir.

Müsabiqədə iştirak etmək üçün 4 min 992 namizəd elektron qeydiyyatdan keçib. Onlardan 3 min 270 namizəd test imtahanı mərhələsində iştirak hüququ qazanıb.

Xatırladaq ki, müsabiqə dörd mərhələdən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) ibarətdir. Yaxın günlərdə test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə məlumat veriləcək. Test imtahanı mәrhәlәsindә namizәdlәrә әmәk, təhsil qanunvericiliyi və mәntiq üzrə 60 test tapşırığı tәqdim olunacaq. Test imtahanı zamanı toplanılan bal yalnız müsahibә mәrhәlәsindә iştirak üçün keçәrlidir. Dövlәt ümumi tәhsil müәssisәlәrinә direktor vәzifәsinә keçid balı namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.