logo

Paytaxtın bir hissəsində su olmayacaq

12:10 18-02-2021 | icon 1652
Paytaxtın bir hissəsində su olmayacaq

Fevralın 18-də paytaxtın Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən verilən məlumatda bildirilib. Qeyd edilib ki, buna səbəb rayonun Elşən Süleymanov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə bağlı görülən tədbirlərdir.