logo

Qubada 10 sm qar yağıb,  temperatur -14°-yə enib

09:59 18-02-2021 | icon 294
Qubada 10 sm qar yağıb,  temperatur -14°-yə enib

Fevralın 17-də axşam saatlarından yağmağa başlayan qarın hündürlüyü şimal bölgəsinin dağlıq ərazilərində 10 santimetrə çatıb, temperatur mənfi 14 dərəcəyədək aşağı enib.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən YeniAvropa-ya bildirilib ki, şimal bölgəsində ən çox yağıntı Qubanın Qırız kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 10 santimetrə çatır. Qubanın Xınalıq kəndində 2, Xaltanda 4, Xızının Altıağac qəsəbəsində 1, Qubanın mərkəzində 3, Qusarın şəhərində 2 santimetr qar yağıb.

Ən aşağı temperatur (-14 dərəcə) Qubanın Qrız kəndində qeydə alınıb.