logo

 99 yaşlı şahzadə Filip xəstəxanaya yerləşdirilib

09:34 18-02-2021 | icon 1897
 99 yaşlı şahzadə Filip xəstəxanaya yerləşdirilib

Kraliça II Elizabetin həyat yoldaşı Edinburq hersoqu 99 yaşlı şahzadə Filip özünü pis hiss etdikdən sonra xəstəxanaya yerləşdirilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki,şahzadə Londondakı xüsusi Kral VII Edvard Xəstəxanasına aparılıb.

Bukingem Sarayının yaydığı açıqlamada şahzadənin COVID-19 ilə əlaqəli olmayan başqa bir xəstəlikdən əziyyət çəkdiyi üçün xəstəxanaya yerləşdirildiyi bildirilib.

Həkimin tövsiyəsi ilə  şahzadə Filip bir neçə gün müşahidə altında saxlanılacaq.

Qeyd edək ki, 94 yaşlı Kraliça və hersoq koronavirus pandemiyası başlayandan bəri London yaxınlığındakı Vindzor qalasında yaşayırlar və hər ikisinə yanvar ayında COVID-19 peyvəndinin ilk dozası vurulub. Hersoqun bu iyun ayında 100 yaşı tamam olacaq.