logo

Putin Paşinyanla Qarabağdan danışdı

20:17 17-02-2021 | icon 1736
Putin Paşinyanla Qarabağdan danışdı

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon söhbəti zamanı Qarabağla bağlı razılaşmaların icra vəziyyəti müzakirə olunub.

YeniAvropa "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremlin yaydığı  açıqlamada bildirilib.

“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağa dair 2020-ci il 9 noyabr tarixli bəyanatının, həmçinin 2021-ci ilin 11 yanvar tarixində Moskva şəhərində keçirilmiş üçtərəfli sammitdə əldə olunmuş razılaşmaların yerinə yetirilməsilə bağlı əməli məsələlər müzakirə olunub”, - deyə Kremlin məlumatında qeyd edilib.

Bundan əlavə, Putinlə Paşinyan, Vətən müharibə zamanı Azərbaycan Ordusu tərəfindən əsir götürülmüş hərbçilərin Ermənistana  qaytarılması məsələsinə də toxunublar.