logo

İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi

19:59 17-02-2021 | icon 1743
İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi
Vətən müharibəsində itkin düşən müddətdən artıq hərbi qulluqçu, kiçik çavuş Anar Nurullayev Siyavuş oğlunun şəhid olduğu müəyyənləşib.
 
YeniAvropa xəbər verir ki, bu barədə şəhidin əmisi Ziya Nurullayev məlumat verib.
Onun sözlərinə görə, şəhidimizin nəşi bu gün Sabirabad rayonuna gətirilib və doğulduğu Osmanlı kəndində dəfn olunub.
 
Ziya Nurullayev deyib ki, qardaşı oğlu müharibənin ilk günlərindən ön cəbhədə xidmət edib. Goranboy istiqamətində döyüşlərdə iştirak edən hərbçidən sentyabrın 30-dan bəri xəbər olmayıb. Şəhidin kimliyinin müəyyənləşdirilməsi üçün ailəsindən DNT analizi götürülmüşdü.
 
Allah rəhmət eləsin!