Fevralın 17-də Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikası Kosmik Agentliyinin prezidenti Serdar Yıldırım Hüseynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Müdafiə Sənayesi Nazirliyinin 2005-ci ildə yaradıldığını qeyd edən Mədət Quliyev nümayəndə heyətinin diqqətinə çatdırıb ki, məqsədin Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanmasıdır.
Nazir Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb, qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
Məqsədi iki ölkənin kosmik tədqiqatları haqqında məlumat mübadiləsi, o cümlədən qarşılıqlı əlaqələrin qurulmasından ibarət olan görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri haqqında geniş müzakirələr aparılıb.
Serdar Yıldırım Hüseyn görüşə görə nazir Mədət Quliyevə təşəkkürünü bildirib.