logo

İşğaldan azad edilmiş ərazilərə elektrik enerjisi verilib

16:56 17-02-2021 | icon 2135
İşğaldan azad edilmiş ərazilərə elektrik enerjisi verilib

Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyata keçirir.

ASC-dən YeniAvropa-ya bildirilib ki, artıq Cəbrayıl, Zəngilan, Qubadlı rayonları və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar, həmçinin Şuşa şəhəri yeni çəkilən elektrik veriliş xətti vasitəsilə ilkin mərhələdə elektrik enerjisi ilə təmin olunub.