Bakıda Azərbaycan-İran əməkdaşlığı müzakirə edilib
Fevralın 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctaba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, nümayəndə heyətini səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov bu səfərin ölkələrimiz arasında mövcud olan yüksəksəviyyəli münasibətlərin inkişafına töhfə verəcəyini bildirib. Nazir ölkələrimiz arasındakı tarixi, mədəni, dini bağların ikitərəfli əməkdaşlıq münasibətlərinin əsasını təşkil etdiyini vurğulayıb. İranın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəklədiyi, xüsusilə də Vətən müharibəsi zamanı bütün səviyyələrdə nümayiş etdirdiyi dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək dəyərləndirildiyi qeyd olunub.
Böyük Zəfər münasibətilə Azərbaycan dövlətinə və xalqına təbriklərini çatdıran Müctaba Zünnuri İranın Azərbaycanın haqq mövqeyinə verdiyi dəstəyi və ölkəmizlə həmrəy olduğunu vurğulayıb.
O, müharibədə həyatını itirən şəhidlərin yaxınlarına və Azərbaycan xalqına başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib.
Görüşdə ikitərəfli əməkdaşlıq münasibətlərinin daha da inkişafı üçün böyük potensialın olduğu vurğulanıb. Öz növbəsində parlamentlərin bu münasibətlərin genişləndirilməsinə töhfə verə biləcəyi qeyd olunub.
Bölgədə yaranmış yeni vəziyyət və yeni imkanlar fövqündə ölkələrimizin bir sıra əməkdaşlıq layihələrinin həyata keçirilməsini irəli apara biləcəyi bildirilib. Habelə ölkələrimizin beynəlxalq müstəvidə əməkdaşlığı məmnunluqla qeyd olunub.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Əli Həsənov-Abel Məhərrəmov cütlüyü: Dezinformasiyalar, milyonlarla dollarlar
Sabah Bakıda 7° isti olacaq, bölgələrəd yağış və qar yağacaq
Bakıda güclü külək orta məktəbin dam örtüyünü uçurdu
Polis Vasif Talıbovu niyə cərimə etmədi? - Virus qələt eləyir da bə...
Vilayət Eyvazov polis rəisini vəzifəsindən azad etdi
Azərbaycanda 400 mindən çox insan peyvənd olunub
Bakıda başına daş düşən fəhlə öldü
MN Füzuli rayonunun Qarakollu kəndindən videogörüntülər yayıb
Mübariz Mənsimov:Hər zaman sözümlə və əməlimlə dövlətimin yanında olmuşam
Azərbaycan və Türkiyə birgə seriallar çəkəcək
Qadınlar Bakının mərkəzində aksiya keçirdilər
Direktor vəzifəsinə işə qəbul üzrə imtahan yarımçıq dayandırılıb
DİN 8 Martda aksiya keçirmək istəyən qadınlara xəbərdarlıq etdi
Sumqayıtda Zakir Fərəcovun restoranında 150 nəfərlik toy olub
"Buta Airways" Ukrayna paytaxtına uçuşları bərpa edir
Türkmənistan, Azərbaycan və Türkiyə İpək yolunda aparıcı rol oynayır
Xəbərdarlıq:Sabah dənizdə dalğanın hündürlüyü 7,5 metrə çatacaq
Rüstəm Orucov Daşkənddən bürünc medalla dönür
Azərbaycanda daha 353 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü
İqtisadi Şuranın növbəti iclası keçirilib
Azərbaycanda 273 nəfər ömürlük azadlıqdan məhrum edilən şəxs var
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Papı kəndindən videogörüntülər yaydı
Əfv Komissiyasında baxılan müraciətlərin sayı 550-ni ötdü
Mövlud Çavuşoğlu Türkmənistanda səfərdədir
Rüstəm Orucov Daşkənd “Böyük dəbilqə”də bürünc medal üçün yarışacaq