logo

"AZAL" Bakı-Moskva aviareyslərini bərpa etdi

15:14 17-02-2021 | icon 2373
"AZAL" Bakı-Moskva aviareyslərini bərpa etdi

Fevralın 17-dən “Azərbaycan Hava Yolları” QSC(AZAL) Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayıb.

 YeniAvropa xəbər verir ki, uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri “Domodedovo” hava limanına yerinə yetiriləcək.

Bununla bağlı "AZAL" Bakı-Moskva reyslərinin sərnişinlərinə müraciət edib. Müraciətdə bildirilir ki, hava gəmisinə yalnız reysin uçuşundan 48 saat əvvəl alınmış koronavirus (COVID-19) testi üzrə mənfi nəticə barədə arayış təqdim edən sərnişinlər buraxılır. Arayış rus və ya ingilis dillərində təqdim edilməlidir. Həmçinin notarial qaydada təsdiq edilmiş rus dilinə tərcüməsi ilə Azərbaycan dilində arayışın təqdim olunmasına icazə verilir.

Azərbaycanda COVID-19 testindən keçə biləcəyiniz klinikaların siyahısı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-clinics

Xatırladaq ki, sabahdan “Aeroflot” aviaşirkəti də Moskva-Bakı-Moskva marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır (“Şeremetyevo” hava limanı). Uçuşlar həftədə iki dəfə - birinci və dördüncü günlər həyata keçiriləcək.