logo

Milli Məclisin Gənclər və idman Komitəsində görüş

13:50 17-02-2021 | icon 1715
Milli Məclisin Gənclər və idman Komitəsində görüş

Fevralın 17-də Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçısı Məhəmməd Süleymanov və bir qrup idmançı ilə növbəti görüş keçirilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Görüşdə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ali Baş Komandan prezident İlham Əliyevin rəhbərlik etdiyi şanlı Ordumuzun döyüş meydanında misli görünməmiş qələbəsi barədə danışıb.

Söhbət  zamanı döyüş və diplomatiya meydanlarında qazanılmış tarixi zəfərlərimizin idmançılarımız tərəfindən davam etdirilməsinin zəruriliyi qeyd olunub, habelə beynəlxalq yarışlarda iştirak edəcək idmançılarla yanaşı,idman hakimlərinin yetişdirilməsinin, idmanın gənclərin və yeniyetmələrin həyat tərzinə çevrilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə ölkəmizdə idmana və idmançılara daim diqqət və qayğı göstərilməsindən, ölkəmizin dünyada müxtəlif beynəlxalq idman tədbirlərinin yüksək səviyyəli təşkilatçısı kimi tanınmasındanməmnunluq ifadə edilib.

Sonda Vətən müharibəsi qazisi Məhəmməd Süleymanova və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançıların bir qrupuna Milli Məclisin Gənclər və idman Komitəsinin Fəxri Fərmanı təqdim olunub.