logo

Sabah Bakıda fasilələrlə sulu qar, qar yağacaq,2°-dək isti olacaq

13:11 17-02-2021 | icon 1834
Sabah Bakıda fasilələrlə sulu qar, qar yağacaq,2°-dək isti olacaq

Azərbaycanda fevralın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0°-yə yaxın, bəzi yerlərdə 1° şaxta, gündüz 2°-dək isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Fevralın 18-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 4-7° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 18-də Abşeron yarımadasında güclü küləkli və yağıntılı hava şəraiti fonunda temperaturun enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsiz olacaq.