logo

Milli Məclisə yeni mətbuat katibi təyin edilib

12:59 17-02-2021 | icon 4550
Milli Məclisə yeni mətbuat katibi təyin edilib

Milli Məclis Aparatında dəyişiklik olub.

YeniAvropa xəbər verir ki, Mehman Qayıbov parlament Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib. 

Qeyd edək ki, Mehman Qayıbov bu təyinatadək Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsində çalışırdı.

Xatırladaq ki, Mehman Qayıbov  1961-ci ildə anadan olub. İxtisasca jurnalistdir. 

II dövlət müşaviridir.

Uzun müddətdir parlament Aparatında çalışan M.Qayıbov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Qeyd edək ki, bundan əvvəl Milli Məclisin mətbuat xidmətinin rəhbəri Ceyhun Əli olub.