logo

Novruz bayramına görə 9 gün ardıcıl iş olmayacaq

12:22 17-02-2021 | icon 2289
Novruz bayramına görə 9 gün ardıcıl iş olmayacaq

2011-ci ildə Novruz bayramı ilə əlaqədar ardıcıl 9 gün qeyri-iş günü olacaq.

YeniAvropa xəbər verir ki, Nazirlər Kabinetinin "2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

20 mart və 21 mart tarixləri həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək. Başqa sözlə, martın 25-i və 26-ı da qeyri-iş günü olacaq. Bundan əlavə, 27 və 28 mart tarixləri də həftənin şənbə və bazar günlərinə təsadüf edir.

Beləliklə, Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart) iş olmayacaq.

Xatırladq ki, mart ayında daha 3 gün qeyri-iş günüdür. 8 mart tarixi bazar ertəsinə təsadüf etdiyindən Beynəlxalq Qadınlar Günü ilə əlaqədar 3 gün iş olmayacaq.