logo

Ceff Bezos yenə dünyanın ən varlısıdır

12:10 17-02-2021 | icon 280
Ceff Bezos yenə dünyanın ən varlısıdır

"Amazon" korporasiyasının sahibi Ceff Bezos dünyanın ən varlı insanlarının reytinqində “Tesla” və “SpaceX” kompaniyalarının rəhbəri İlon Maskı qabaqlayaraq yenidən birinci yerə yüksəlib.

YeniAvropa xəbər verir ki, “Bloomberg” agentliyinin son hesablamalarına görə, Bezosun varidatı 191 milyard dollar, Maskın sərvəti isə 190 milyard dollar həcmində qiymətləndirilir. Beləliklə, Ceff Bezos 2017-ci ilin oktyabrından başlayaraq 2021-ci il yanvarın 7-dək reytinqdə tutduğu birinci yeri qaytarıb. Həmin vaxt onu İlon Mask ötmüşdü.

Hazırda milyarderlərin reytinqində üçüncü yeri “Microsoft”un qurucusu Bill Geyts (137 milyard dollar), dördüncü yeri Louis Vuitton Moet Hennessy kompaniyasının prezidenti Bernar Arno (116 milyard dollar), beşinci yeri isə “Facebook”un banisi Mark Sukerberq (104 milyard dollar) tutur.