logo

AQTA İraqdan idxal edilən 24 ton xurmanın satışına qadağa qoydu

11:59 17-02-2021 | icon 1778
AQTA İraqdan idxal edilən 24 ton xurmanın satışına qadağa qoydu

"Aqro alliaance" MMC tərəfindən İraqdan ölkəmizə idxal edilən 23,50 ton quru xurma məhsuluna baxış keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib. 

Qeyd edilib ki, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində quru xurma məhsulunda kif göbələyi aşkarlanıb.

İstehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.