logo

Müdafiə Nazirliyi Ağdam rayonunun Cinli kəndinin videogörüntülərini yaydı

11:41 17-02-2021 | icon 1736
Müdafiə Nazirliyi Ağdam rayonunun Cinli kəndinin videogörüntülərini yaydı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ağdam rayonunun işğaldan azad edilmiş Cinli kəndinin videogörüntülərini yayıb.

YeniAvropa xatırladır ki, Cinli kəndi 1993-cü il iyunun 11-də Ermənistan ordusu tərəfindən işğal olunub.

İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan prezidenti, Rusiya prezidenti və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik: