logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

11:29 17-02-2021 | icon 1715
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 33 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliynin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.