logo

Xəzər dənizində dalğanın hündürlüyü 2,8 metrə çatıb

10:55 17-02-2021 | icon 1729
Xəzər dənizində dalğanın hündürlüyü 2,8 metrə çatıb

Milli Hidrometeorologiya Xidmətinin fevralın 17-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində bəzi yerlərə yağış, Qrız, Qusar, Gədəbəy, Şahdağ, Daşkəsənə qar yağıb.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, düşən yağışın miqdarı Mingəçevirdə 9, Biləsuvarda 6, İmişlidə 5, Lənkəranda 4, Ceyrançöl, Göyçayda 3, Şəmkir, Tovuz, Şəki, Mərəzə, Tərtər, Zərdab, Kürdəmir, Yardımlı, Lerik, Şahdağ, Astarada 2, Ağdərə (Ordubad), Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Ağdam, Balakən, Zaqatala, Quba, Kişçay (Şəki), Neftçala, Cəfərxan, Sabirabad, Beyləqan, Bərdədə 1 millimetr, Bakı, Binə, Sumqayıtda 1millimetrədək olub.

Şimal-qərb küləyi əsib, sürəti Xınalıqda 28, Tərtərdə 23, Naftalan, Neftçalada 20, Salyanda 18, Qrızda 16, Abşeron yarımadası və Bakıda 17, Pirallahı, Çilov adası, Neft Daşlarında 15 metr/saniyəyədək artıb.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.8 metrə çatıb.