logo

Tovuzda zəlzələ olub

09:36 17-02-2021 | icon 315
Tovuzda zəlzələ olub

Azərbaycan ərazisində növbəti zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən  bildirilib.

Qeyd edilib ki, zəlzələ fevralın 17-də yerli vaxtla saat 02:38-də Qazax stansiyasından 35 km şimal-şərqdə Tovuz rayonunda 3,4 bal gücündə qeydə alınıb.

Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.