Nizaməddin Quliyev sahibkarlardan rüşvət tələb etdiyini boynuna aldı
Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin və icra başçısının birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
YeniAvropa xəbər verir ki, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib. Təqsiləndirilən şəxslər onlara elan olunmuş ittihamlarla özlərini qismən təqsirli biliblər.
Prosesdə iş üzrə 21 şahid dindirilib.
Məhkəmə prosesi fevralın 26-da davam etdiriləcək.
Xatırladaq ki, Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən 2019-cu ilin dekabrında saxlanılıb.
DTX-nın yaydığı məlumata görə, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.
N.Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.
Təqsirləndirilən şəxslərə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma və mənimsəmə ilə bağlı itithamlar verilib.
Ordu istefa tələb etdi, Paşinyan isə Baş Qərargah rəisini istefaya göndərdi
İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimdə
Sabah “Ana harayı” abidəsini ziyarət fərqli təşkil ediləcək
Bərdə Peşə Liseyinin direktoru həbs edildi
Pakistan şirkəti Lahor-Bakı birbaşa aviareysinə başlayır
"Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
Gürcüstanda dövlət bayraqları endirildi-sovet işğalının 100 ili
Ötən il Azərbaycanda 126 min 571 körpə doğulub
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın ad gününü təbrik etdi
MN Qubadlı rayonunun Yusifbəyli kəndinin videogörüntülərini paylaşıb
Respublikanın əksər avtomobil yolları şaxtadan buz bağlayıb
Qaxda qar örtüyünün hündürlüyü 48 santimetrə çatır
Azərbaycan neftinin qiyməti yeni rekord vurdu- 66,77 dollar
Ölkə üzrə ən aşağı temperatur Qubada qeydə alınıb -17° şaxta
Ötən gün qarda yıxılaraq xəstəxanaya yerləşdirənlərin sayı 59-a çatdı
Baydenin Qafqaza dəstəyi Rusiyanı geri oturda bilər – The Hill yazır
Saxlanılan 62 nəfər hərbi əsir deyil, terrorçudur-Azay Quliyev:
Azərbaycan-Pakistan parlament dostluq qruplarının Xocalı soyqırımına həsr olunmuş görüşü keçirilib
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı müzakirə edilib
Azay Quliyev ATƏT PA-nın qış sessiyasında regional sülhdən danışdı
Ceyhun Bayramov Ukraynanın xarici işlər nazirinin müavini ilə görüşüb
Ərdoğan:"Qardaşlıq vəzifəmiz üçün heç kimdən icazə almayacağıq..."
Əfv Komissiyası 150-dən çox müraciətə baxıb
Avtomobil yollarındakı son vəziyyət açıqlandı
Qarda yıxılıb xəsarət alanlarının 36 nəfəri xəstəxanaya yerləşdirilib