logo

Gürcüstan parlamentində Azərbaycan ilə dostluq qrupu yaradılıb

19:49 16-02-2021 | icon 2177
Gürcüstan parlamentində Azərbaycan ilə dostluq qrupu yaradılıb

Gürcüstan parlamentində Azərbaycan ilə dostluq qrupu yaradılıb. Qrupda 36 deputat yer alacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bununla əlaqədar Gürcüstan parlamentinin fevralın 16-da keçirilən iclasında parlamentlərarası dostluq qrupları haqqında qərar qəbul olunub.

Qərar layihəsində deyilir ki, Azərbaycan Respublikası Milli Məclisi ilə dostluq qrupuna parlamentin vitse-spiker Kaxaber Kuçava rəhbərlik edəcək. Qrupun 36 üzvü arasında azərbaycanlı deputatlar Zaur Darğallı və Savalan Mirzəyevin də adları var.

Qeyd edək ki, Azərbaycan Milli Məclisi ilə əvvəlki qrupda 62 deputat yer alıb. K.Kuçava həmin qrupun da rəhbəri olub.