logo

Fevralın 28-də Azərbaycanda ov mövsümü başa çatacaq

19:10 16-02-2021 | icon 1743
Fevralın 28-də Azərbaycanda ov mövsümü başa çatacaq

Azərbaycanda ov mövsümünün sonuna az qalıb. Belə ki, fevralın 28-də ov mövsümü başa çatacaq.

 YeniAvropa xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

O bildirib ki, ov mövsümü ötən ilin yay aylarında başlasa da, pandemiya və Vətən müharibəsi ilə əlaqədar bir neçə dəfə müəyyən müddətə dayandırılmışdı: “Mövcud durum, vətəndaşların müraciətləri, karantin tədbirlərinin yumşaldılması nəzərə alınaraq yanvarın ortalarından ov mövsümü yenidən açıldı. Lakin fevralın 28-də mövsümə yekun vurulacaq”