logo

Əbülfəs Qarayevin ölkədən çıxışına “stop” qoyuldu

18:07 16-02-2021 | icon 1757
Əbülfəs Qarayevin ölkədən çıxışına “stop” qoyuldu
Rəhbərlik etdiyi nazirlikdə irimiqyaslı korrupsiya və digər qanunazidd əməllər aşkarlandığı üçün vəzifəsini itirən mədəniyyət naziri Əbülfəs Qarayev həbs edilməsə də istintaq altındadır.
 YeniAvropa xəbər verir ki, müavini həbs edilən sabiq nazir ötən müddət ərzində bir neçə dəfə istintaqa cəlb edilərək sualları cavablandırıb.
 
Məlumata görə, Əbülfəs Qarayev bu günlərdə Azərbaycanı tərk etmək istəyərkən sərhəddən qaytarılıb.
 
Belə ki, Türkiyəyə getmək istəyən sabiq nazirə ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilib.
 
Sabiq nazir Türkiyəyə həkim müayinəsinə getmək istədiyini və geri qayıtmaq niyyətində olduğunu bildirsə də xeyri olmayıb.