logo

Şəhriyar Məmmədyarov “Carnavales de Gran Canaria 2021”də mübarizə aparır

17:37 16-02-2021 | icon 2149
Şəhriyar Məmmədyarov “Carnavales de Gran Canaria 2021”də mübarizə aparır

“Carnavales de Gran Canaria 2021” şahmat turnirinin onlayn formatında startı verilib.

 YeniAvropa xəbər verir ki, turnirdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da iştirak edir.

Onunla yanaşı, şahmatçılarımız Vüqar Rəsulov, Rəhim Qasımov, Zaur Məmmədov, Gülnar Məmmədova, Read Səmədov, Türkan Məmmədyarova, Uğur İlyaslı, Mələk İsmayıl, Səmra Qasımova, Aytac Məmmədova, Allahverdi Həmidov, Fidan Təhməzova yarışda mübarizə aparırlar. Turnir blits üzrə keçirilir və 11 turdan ibarətdir.

“Lichess.org” platforması vasitəsilə keçirilən yarışda 600-dən çox şahmatçı iştirak edir.