logo

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək

17:18 16-02-2021 | icon 1750
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək

Fevralın 18-də Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun, febralın 19-da isə Gürcüstanın baş nazirinin müavini-xarici işlər naziri David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub.

 YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, bu il fevralın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın baş nazirinin müavini-xarici işlər naziri David Zalkaliani və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə 9-cu üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.