Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Xocavənd rayonunun Hünərli kəndinin videogörüntülərini paylaşıb.
YeniAvropa xatırladır ki, Hünərli kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu noyabrın 7-də kəndi işğalçılardan azad edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik: