logo

Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

15:55 16-02-2021 | icon 1792
Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 191 nəfər müalicə olunaraq sağalıb, 140 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib kiə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 232 min 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 226 min 951 nəfər müalicə olunaraq sağalıb, 3185 nəfər vəfat edib. Aktiv xəstə sayı 2201 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 513 min 636 test aparılıb. Bugünkü test sayı isə 7631-dir.