logo

İranın parlament nümayəndə heyəti Azərbaycana səfərə gəlib

15:27 16-02-2021 | icon 1596
İranın parlament nümayəndə heyəti Azərbaycana səfərə gəlib

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin sədri Muctaba Zonnurun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə İranın Azərbaycandakı  səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanlı rəsmilərlə və millət vəkilləri ilə görüşü nəzərdə tutulur.

İran parlamentinin nümayəndə heyətinin sabah Naxçıvan Muxtar Respublikasına da səfəri planlaşdırılır.