logo

Neftçaladan olan şəhid çavuş dəfn olunmaq üçün Bakıya gətirildi

15:05 16-02-2021 | icon 1680
Neftçaladan olan şəhid çavuş dəfn olunmaq üçün Bakıya gətirildi
44 günlük Vətən müharibəsində itkin düşən və sonradan şəhid olduğu dəqiqləşən daha bir hərbi qulluqçunun meyiti tapılıb.  YeniAvropa xəbər verir ki, kiçik çavuş Quliyev Əkbər Güləhməd oğlunun nəşi bu gün səhər saatlarında doğulduğu Neftçala rayonunun Xıllı qəsəbəsinə gətirilib. Şəhidin cənazə namazı qılınıb, ruhuna dualar oxunub, sonra şəhidin nəşi paytaxt Bakıya yola salınıb.Mərasimdə şəhidin doğmaları, Neftçala rayon İcra Hakimiyyətinin rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, hərbçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Valideynlərinin istəyi ilə şəhid Ə.Quliyevin nəşi bu gün Bakıda II Fəxri Xiyabanın yanındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Əkbər Quliyev 2000-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 2020-ci il sentyabrın 21-də səfərbərliklə təkrar orduya çağırılıb, təlimlərə qoşulub.

Vətən müharibəsi başlanan gündən döyüşlərə qatılıb. O gündən ailəsi ilə bir dəfə də olsun əlaqə saxlamayıb. İtkin düşdüyü güman edilirdi. Hərbçinin DNT analizindən sonra şəhid olduğu məlum olub.

Onun meyitinin cəbhənin hansı istiqamətindən tapıldığı bildirilməyib. 

Allah rəhmət eləsin!