Vətən müharibəsində Qələbənin 100-cü gününə ağaclar əkildi
Vətən müharibəsində Qələbənin 100-cü günü münasibətilə Gənclər və İdman Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Səbail Rayon İcra Hakimiyyətinin, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və “Davam” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə paytaxtın Səbail rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.
YeniAvropa xəbər verir ki, aksiya İkinci Qarabağ müharibəsində iştirak etmiş qəhrəman əsgər və zabitlərimizin şərəfinə, şəhidlərimizin xatirəsinə, Ordumuzun şanlı Qələbəsinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunub.
Tədbirdə qeyd olunan qurumların nümayəndələri, Vətən müharibəsinin iştirakçıları, qazilər, şəhidlərin ailə üzvləri və fəal könüllü gənclər iştirak ediblər.
Aksiya Azərbaycan Respublikasının dövlət bayrağının gətirilməsi ilə başlayıb. Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Vətən müharibəsində Qələbənin 100-cü gününə həsr olunmuş aksiya zamanı həmişəyaşıl ağac tingləri əkilib.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov aksiyada Səbail rayonunda yaşayan şəhid ailələrinin üzvlərinin də iştirak etdiklərini vurğulayıb: “Bizim üçün qürurverici haldır ki, məhz şəhidlərimizin ailə üzvləri, analarımız, bacılarımız və qardaşlarımız aksiyaya fəal şəkildə qoşularaq, ağac əkdilər. Burada boy atacaq ağaclar şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşamasını əks etdirəcək”.
Şəhid Murad Qurbanovun anası Mehriban Qurbanova deyib: “Şəhidlərimizin xatirəsinə hörmət və ehtiramın daha bir ifadəsi olan belə bir aksiyanın təşkilinə görə təşəkkür edirəm. Vətən müharibəsində qazanılan Qələbəyə, şəhidlərimizin xatirəsinə göstərilən dərin ehtirama, qazilərə yetirilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdaram. Bizim kədərimiz böyük olsa da, dərdimiz qədər də təsəllimiz var. Çünki balalarımızın o dünyadakı yerləri cənnətdir, onlar şəhidlik zirvəsinə ucalıblar”.
İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
20 minədək bakalavr magistratura səviyyəsinə qəbul imtahanı verib
MN Xocavənd rayonunun Çiraquz kəndinin videogörüntülərini yayıb
Azay Quliyev: "Milli Məclisin sədrinə və üzvlərinə qarşı saytlarda və sosial şəbəkələrdə çirkin kampaniya aparılır" - Video
Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür
Azərbaycanda daha 270 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü
İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb ?
Müdafiə Nazirliyindən Səhman Musayevin ölümü ilə bağlı açıqlama
Ağdam rayonunun Eyvazxanbəyli kəndinin videogörüntüləri yayıldı
Sabah Bakıda yağış yağacaq, 8° isti olacaq
Daha bir hərbi qulluqçumuz minaya düşüb şəhid oldu
Azərbaycanda koronavirusa ilk yoluxmadan 1 il ötür
Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov da həbs edilir?
Tanınmış həkimin ailəsində faciə - Tələbə qızı vəfat etdi
Bu gün magistraturaya qəbul imtahanı keçirilir
Qənirə Paşayeva Vətən müharibəsində 2 oğlu şəhid olmuş ana ilə görüşüb
Azərbaycanda daha bir məktəb koronavirus səbəbi ilə bağlandı
2 ermənini məğlub edən Turan Bayramov bürünc medal qazandı
Yeni nazir “Azərpoçt”un rəhbərinni də işdən çıxardı
Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
Türkiyədə daha 71 nəfər koronavirusdan dünyasını dəyişib
Paşinyan ikinci dəfə baş qərargah rəisi Onik Qasparyanı istefaya göndərdi
Azərbaycan Ermənistana hərbçilərini Qarabağda yerləşdirməsi ilə bağlı xəbərdarlıq etdi
Paytaxt sakininin mənzildə meyiti aşkarlandı
"Azərlotereya"nın idarəetməyə verilməsinə dair müqavilə imzalanıb