Bu gün Novruzun ilk müjdəçisi - Yalançı çərşənbədir
Novruz bayramının təmtərağı bir neçə günlə məhdudlaşmır. Doğruçu çərşənbə hesab olunan 4 çərşənbədən əvvəl ölkəmizin bir sıra regionlarında Yalançı çərşənbə də qeyd olunur.
YeniAvropa xəbər verir ki,bu il Yalançı çərşənbə fevralın 16-na, yəni bu günə təsadüf edir.
Folklorşünas Ramazan Qafarlının sözlərinə görə, Azərbaycan folklorunda yazın gəlişi müjdəsini mistik obraz və bərəkət rəmzi olan Xıdır Nəbi gətirir. Xıdır Nəbi bayramından sonra isə artıq Yalançı çərşənbə gəlir.
İnanclara görə, Yalançı çərşənbə Doğruçu çərşənbənin gəlişinə zəmin hazırlayır, onun gələcəyinə işarə verir. Bu, həm də elə bir zaman aralığıdır ki, artıq donuq qış fəslinin təbiətə qədəm basmasından təxminən qırx günlük müddət ötür. Xalqımız isə “yaman günün ömrü az olar” deyib. Məhz bu yaman gün - təxminən qırx gün artıq geridə qalmışdır.
Ramazan Qafarlının sözlərinə görə, Yalançı çərşənbə alatoran vaxtı, gün batar-batmaz ayrı-ayrı həyətlərdə odu-ocağı gur olmayan tonqalların yandırılması ilə müşayiət olunur. Bu zaman insanlar səssiz-küysüz öz qapılarında azacıq saman, küləş yandırırlar. Bundan başqa, dörd ilaxır çərşənbədə (doğruçu çərşənbələrdə) olduğu kimi, evlərdə xüsusi olaraq biş-düş hazırlanmır, yəni ayrıca bayram qazanı asılmaz, bayram yeməyi də bişirilməz. Bu da bir daha Yalançı çərşənbənin aldadıcı alovu kimi evdə, məişətdə də xüsusi bir əks-səda vermədiyini - bununla da Yalançı çərşənbənin adına uyğun tərzdə yalançı bir görüntü olduğunu göstərir.
Bundan əlavə, Yalançı çərşənbədə doğruçu çərşənbələrdə olduğu kimi, səhər yerindən durub su üstünə gedilməz, digər bu kimi ayinlər də icra edilməz. Bütün bu və bu kimi fərqlər bir daha Yalançı çərşənbə mərasiminin adından ifadə olunan mənanı özündə daşıdığını göstərir.
Xatırladaq ki, bu il Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 23-nə təsadüf edəcək. Martın 2-də Od, martın 9-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.
Azərbaycan ərazisinə baharın gəlişi isə martın 20-si Bakı vaxtı ilə təxminən saat 13:37:00 radələrində baş verəcək. Martın 19-u ölkəmizdə bayram axşamı, 20-i isə bayram günü kimi qeyd ediləcək.
Güləşçilərimiz Kiyev turnirindən 2-si qızıl olmaqla 6 medalla dönürlər
Azərbaycan MDB-də pensiyaçıların sayına görə 10 ölkə arasında 7-cidir
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb
Müdafiə Nazirliyi Ağdamın Güllücə kəndinin videogörüntülərini yayıb
Son sutkada dünyada 8 mindən çox insan koronavirusdan dünyasını dəyişib
Maya Sandu Moldovada erkən parlament seçkilərinə israr edir
Cahangir Əsgərov iki aydır maaş vermir: AZAL-da nə baş verir?
Yevlax-Bərdə yolundakı avtoqəzada 2 nəfər öldü,1 ailənin 3 üzvü yaralandı
“Meyvəli” ticarət mərkəzində baş verən yanğın söndürülüb
Avropa İttifaqı Şurasının prezidenti Gürcüstana gəlib
İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
20 minədək bakalavr magistratura səviyyəsinə qəbul imtahanı verib
MN Xocavənd rayonunun Çiraquz kəndinin videogörüntülərini yayıb
Azay Quliyev: "Milli Məclisin sədrinə və üzvlərinə qarşı saytlarda və sosial şəbəkələrdə çirkin kampaniya aparılır" - Video
Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür
Azərbaycanda daha 270 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü
İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb ?
Müdafiə Nazirliyindən Səhman Musayevin ölümü ilə bağlı açıqlama
Ağdam rayonunun Eyvazxanbəyli kəndinin videogörüntüləri yayıldı
Sabah Bakıda yağış yağacaq, 8° isti olacaq
Daha bir hərbi qulluqçumuz minaya düşüb şəhid oldu
Azərbaycanda koronavirusa ilk yoluxmadan 1 il ötür
Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov da həbs edilir?
Tanınmış həkimin ailəsində faciə - Tələbə qızı vəfat etdi
Bu gün magistraturaya qəbul imtahanı keçirilir