logo

10 siyasi partiyaya dövlət büdcədən 858 min manat ayrıldı

12:52 16-02-2021 | icon 1442
10 siyasi partiyaya dövlət büdcədən 858 min manat ayrıldı

Siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutulub.

YeniAvropa xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.Qeyd edilib ki, ilin birinci rübü üzrə 10 siyasi partiyaya - Yeni Azərbaycan Partiyasına, Vətəndaş Həmrəyliyi Partiyasına, Ana Vətən Partiyasına, Demokratik İslahatlar Partiyasına, Azərbaycan Demokratik Maarifçilik Partiyasına, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına, Böyük Quruluş Partiyasına, Vəhdət Partiyasına, Respublikaçı Alternativ Partiyasına və Milli Cəbhə Partiyasına ümumilikdə 857,5 min manat məbləğində vəsait ödənilib.

Vəsaitin ayrılması “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə uyğun aparılır.