logo

ATƏT-in sədri Gürcüstanda səfərdədir

11:26 16-02-2021 | icon 2037
ATƏT-in sədri Gürcüstanda səfərdədir

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının(ATƏT) fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Gürcüstanda rəsmi səfərdədir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, səfər çərçivəsində regiondakı vəziyyət diqqət mərkəzində olacaq. ATƏT, eləcə də İsveç ilə Gürcüstan arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Səfər çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstanın prezidenti, baş naziri, xarici işlər naziri və parlament sədri ilə görüşəcək.